SEBA ASSOSİASİYASI HAQQINDA MƏLUMAT

 
Rəsmi adı: SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi.
 
 
Yaranma tarixi: 2004-ci il 29 noyabr (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə rəsmi olaraq fəaliyyətə başlamışdır).
 
 
Yer: Bakı şəhəri, Azərbaycan Respublikası.
 
 
Əsas fəaliyyət istiqamətləri: Azərbaycan və Koreya arasında geniş mədəniyyət mübadiləsi prosesini həyata keçirməkdir. Mövcud olduğu illər ərzində bu qeyri-hökumət təşkilatı bir sıra mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələrin reallaşdırılmasına imza atmışdır. Adı çəkilən layihələr Azərbaycanda Koreya mədəniyyətini təqdim etmək, eyni zamanda Koreyada Azərbaycan mədəniyyətini təbliğ edilməsi məqsədilə baş tutmuşdur. SEBA Assosiasiyası həmçinin Koreya tərəfinin müxtəlif ölkələrdə təşkil etdiyi layihələrdə də iştirak edir.
 
 
Tərkibi: 1. SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının baş ofisi;
2. "SEBA Fito Tibb" - Koreya Kyung Hee Universitetinin Bakıda Şərq Təbabəti Klinikası;
3. SEBA Assosiasiyasının Tədris Mərkəzi.
 
 
Heyəti: Əməkdaşların ümumi sayı - 51 nəfər;
SEBA-nın baş ofisi və Tədris Mərkəzi - 15 nəfər;
Şərq Təbabəti Klinikası - 36 nəfər.
 
 
Azərbaycan tərəfindən əməkdaşları: Azərbaycan Mədəniyyət Fondu
(Azərbaycan Mədəniyyətinin Dostları Fondu);
Azərbaycan Taekvondo Federasiyası.
 
 
Koreya tərəfindən əməkdaşları: Azərbaycan Mədəniyyət Mərkəzi - SEBA Koreya;
Koreya Kyung Hee Universiteti;
Türkiyə - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası.
Sual və təklifləriniz

Adınız / Soyadınız

Sizin elektron ünvanınız