- Sərgilər -

 
26 İyun-02 İyul, 2005
 
Azərbaycan Mədəniyyətinin Dostları Fondu ilə birgə Azərbaycanda Koreya Mədəniyyəti Günləri çərçivəsində Bakıda Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi Salonunda Azərbaycan, Koreya və Türkiyə rəssamlarının əsərlərindən ibarət beynəlxalq sərgi keçirilib. Sərgidə 118 müəllifin əsəri nümayiş olunub. Təqdim olunan əsərlər Sərginin nəş olunmuş kataloqunda öz əksini tapmışdır.
Sərginin açılışı münasibəti ilə Azərbaycanın Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən təbrik məktubu göndərilmişdir
Sərginin açılış mərasimi 26 iyun tarixində baş tutub. Mərasimdə Mədəniyyət nazirinin müavini Sevda xanım Məmmədəliyeva, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz xanım Heydərova, Azərbaycan Rəssamlar İttifaqının sədri cənab Fərhad Xəlilov, Koreya Respublikasının Özbəkistan Respublikası və Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Mun Hayonq, Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri cənab Park Yonq Durk və Koreya İllüstratorlar Assosiasiyasının prezidenti cənab Lim Hun Hyuq çıxış etmişdilər.
 
28 İyun-01 İyul, 2005
 
İstanbulda (Türkiyə) Azərbaycan, Koreya və Türk rəssamlarının əsərlərindən ibarət Beynəlxalq sərgi təşkil olunub. 12 Azərbaycan rəssamının əsəri Sərginin yekun kataloqunda nəşr olunub.
 
27 İyun, 2005
 
Azərbaycanda Koreya Mədəniyyəti Günləri çərçivəsində Bakıda Gülüstan Sarayında Koreyanın Silla sülaləsi (e.ə. 57 - b.e. 935 illəri) dövründə istifadə olan qablar və müxtəlif istehsalat nümunələri nümayiş olunub.
 
08-13 Sentyabr, 2005
 
Seulda Ətraf Mühit İncəsənət Assosiasiyası tərəfindən keçirilən "Beynəlxalq Ətraf Mühit İncəsənəti EKSPO Koreya 2005" adlı sərgidə (sərgidə 14 ölkə iştirak edib) 3 Azərbaycan rəssamının iştirakına köməklik göstərilib. Həmçinin eyni adlı sərginin kataloqunda həmin rəssamların əsərlərinin nəşr olunub. Rəssamların siyahısına Azərbaycan Respublikasının əməkdar Rəssamı Fərman Qulamov, Azərbaycan Respublikasının əməkdar Rəssamı, YUNESKO-nun Rəssamlar Birliyinin Fəxri üzvü Sakit Məmmədov və Raida Mustafayeva daxildir.
 
23-27 Sentyabr, 2006
 
7 Azərbaycan rəssamının əsərlərinin "İstanbulda Yeni İpək Yolu İncəsənəti Beynəlxalq Sərgisi"nin yekun kataloqunda nəşrinə köməklik göstərilib, eləcə də adı çəkilmiş Sərgiyə 3 müəllifin (Hüseynov Zakir, Qəmbərov Faiq, Məmmədov Nizar) əsərlərinin göndərilməsi (İstanbul, Türkiyə).
 
səhifə:    1, 2, 3, 4
Sual və təklifləriniz

Adınız / Soyadınız

Sizin elektron ünvanınız